Prezident İlham Əliyev Azərbaycan Respublikasının bir sıra xarici ölkələrdəki diplomatic korpuslarının rəhbərlərinin dəyişdirilməsi barədə sərəncamlar imzalayıb.
Modern.az-ın məlumatına görə, ölkə başçısı Emil Zülfüqar oğlu Kərimovu Azərbaycanın İtaliyada, San Marinoda, Maltada fövqəladə və səlahiyyətli səfiri və Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Ümumdünya Ərzaq Proqramı, Kənd Təsərrüfatı üzrə İnkişaf Fondu yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırıb. Prezidentin sərəncamı ilə Emil Zülfüqar oğlu Kərimov Azərbaycan Respublikasının Bolqarıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Prezident Tofiq Nadir oğlu Zülfüqarovu Azərbaycan Respublikasının Latviya Respublikasında və iqamətgahı Riqa şəhərində olmaqla, eyni zamanda Azərbaycan Respublikasının Estoniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifələrindən geri çağırıb. T.Zülfüqarov digər sərəncamla Azərbaycan Respublikasının Estoniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
İlham Əliyevin başqa bir sərəncamı ilə Hüseyn Nizami oğlu Nəcəfov Gürcüstanın Batumi şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilib, ona birinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsi verilib.
Modern.az