Ermənistan silahlı qüvvələrin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun bir əsgəri yaralanıb. Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, hadisə cəbhənin Ağdam istiqamətində baş verib. Milli Ordunun 27 yaşlı əsgəri Elgiz Məhəmməd oğlu Rüstəmov sol ayağından yaralanıb. O, hospitala yerləşdirilib və vəziyyəti kafidir.
Modern.az