Modern.az

Qadın-kişi bərabərliyi hansı ölkədə yaxşı qorunur? (siyahı)

Qadın-kişi bərabərliyi hansı ölkədə yaxşı qorunur? (siyahı)

Təhsil

12 Oktyabr 2010, 16:02

Modern.az xəbər verir ki, Dünya İqtisadi Formunun hesabatında 134 ölkə arasında kişi və qadın bərabərliyi mövzusunda aparılan araşdırmanın nəticələri dərc olunub. Siyahıya İslandiya liderlik edir. Belə ki, adəçəkilən ölkə kişi və qadın hüqüqlarının təmin edilməsinə daha cox önəm verən ölkə kimi kecən ilk mövqeyini qoruya bilib.

Dünyanin 134 ölkəsi arasında aparılan araşdırmalarda Skandinaviya ölkələri ilk sıralarda qərarlaşıb - Norvec ikinci, Finlandiya isə ücüncü yerdədir. Daha sonrakı yerləri isə İsvec və Yeni Zellandiya  tutur. Araşdirmalar əsasən siyasət, təhsil, məşğulluq və sağlamlıq sahələrində aparılıb.

Hesabatda İngiltərə keçənilki mövqeyində, yəni 15-ci yerdə qərarlaşıb. Fransa isə nəzərə carpacaq dərəcədə Geriləyib. Belə ki, 2009-cu ildə 18-ci olan bu ölkə, bu il 46-cı yeri tutub. Fransanın bu uğursuzluğunu isə başlıca olaraq qadın nazirlərin sayının azalması ilə əlaqələndirirlər.

ABŞ inkişaf edən ölkələr sırasındadır. Kecən il 31-ci yerdə olan ABŞ höküməti Barak Obamanın hakimiyyətə gəlməsi ilə qadınlara daha cox yer verib. Bunun nəticəsi olaraq Amerika bu ilki hesabatda 19-cu yerə layiq görülüb.

Afrika ölkələrində qadın-kişi bərabərliyində ən yuxarı pillədə yəni 8-ci yerdə qararlaşan Lesoto dövləti olub. Asiyada isə sözügedən mözuda ən yüksək, 9-cu yeri Filippin tutub.

6-cı yeri İrlandiya, 7-ci yeri Danimarka, 10-cu yeri İsvecrənin tutduğu siyahını ispaniya, Cənubi Afrika, Almaniya, Belcika davam etdirir.

Qonşu və qardaş ölkə olan Türkiyə isə ən aşağı yerlərdən biri olan 126-cı yerdə qərarlaşıb.

Azərbaycan gender bərabərsizliyinə görə, Dünya İqtisadi Forumunun hesabatında 100-cü yeri tutub. Ötən illə müqayisədə ölkə 11 pillə aşağı düşüb.

Ermənistan bu ilki cədvəldə 84-cü, Gürcüstan isə 88-ci yerdədir.


Sonuncu üc yeri isə Yəmən, Cad və Pakistan tutub.


Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə