Modern.az

622 metr dərinlikdəki şaxtadan 4 nəfər çıxarıldı

622 metr dərinlikdəki şaxtadan 4 nəfər çıxarıldı

Təhsil

13 Oktyabr 2010, 11:31

Çilidəki San Xose şaxtasında iki ay davam etmiş qazıntı işlərindən sonra  33 şaxtaçının xilası əməliyyatına bu gün səhər start verilib.Boş polad kapsul şaxtaya salınaraq şaxtaçıların xilası həyata keçirilir.

Hadisə yerində 1000-dən çox xarici jurnalist cəmləşib.

Şaxtadan çıxarılacaq son adamın 54 yaşlı Luis Urzua olacağı gözlənilir.

Ağ Evdə Amerika prezidenti Barak Obama deyib ki, o və xalqı şaxtaçıların sağ-salamat xilas edilməsinə dua edir. Obama deyib ki, Amerikalı ekspertlərin xilasetmədə iştirakıyla fəxr edir. Çili prezidenti Sebastyan Pinera əməliyyatların son mərhələsinə nəzarət edir. O deyib ki, Çili üçün faciə kimi başlayan bu əhvalatın, xoşbəxt bitəcəyinə ümid edir. O deyib ki, həm şaxtaçılar həm də Çili bu hadisədən sonra tamamilə dəyişəcəklər.    

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə