Modern.az

2000 azərbaycanlı Məkkəyə getməyə hazırlaşır....

2000 azərbaycanlı Məkkəyə getməyə hazırlaşır....

Təhsil

13 Oktyabr 2010, 14:21

Qafqaz Müsəlmanları İdarəsi kvotalara uyğun olaraq bu il 2 min nəfər zəvvarı Məkkəyə aparacaq. Bu barədə Modern.az-a qurumun mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova bildirib. Onun sözlərinə görə, oktyabr ayının 31-dən etibarən avtobus karvanı yola düşəcək. Təyyarə reysi ilə gedən zəvvarlar isə noyabr ayının 2-4-5-6 yola düşəcəklər. Bu il Həcc ziyarətinə 1200 nəfər avtobusla, 800 nəfər isə təyyarə ilə getməyi planlaşdırıb. R.Dadaşova onu da bildirib ki, bu il  Həcc ziyarətinə avtobusla gedən zəvvarlar 2 min 500 manat, təyyarə ilə gedənlər isə 3 min 500  manat  ödəməli olacaqlar.

Qeyd edək ki, bu ildən etibarən  özəl şirkətlərə Həccə ziyarətçi aparmaq qadağan edilib. QMİ ilə Səudiyyə Ərəbistanın Həcc Nazirliyi arasında imzalanmış müvafiq protokollara əsasən, bu il Həccə zəvvar aparmaq huququ yalnız QMİ-ə verilib.

 2010-cu ildə Qurban bayramı noyabr ayının 16-a təsadüf edir.

Mail Ağaxanov

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə