Əfqanıstanlı 18 yaşlı qiz yeni protez burnuna qovuşub. Modern.az xarici mətbuata istinadla xəbər verir ki, ailəsinin zorla evləndirmək istədiyi Ayşə adlı qız evdən qacarkən Taliban tərəfdarı olan gələcək əri tərəfindən tutulub, burnu və qulaqları kəsilib.
Sonradan Ayşənin “Time” jurnalının üz səhifəsində şəklinin dərc olunması isə xeyli qalmaqala səbəb olub. Jurnal afqanıstanlı qadınların şiddətə və zorakılığa məruz qaldığını dünya ictimaiətinin günndəminə gətirib.
Nəticə də Ayşə ABŞ –a aparılaraq əməliyyat olunub. Əməliyyat nəticəsində qıza protez burun qoyulub. Əməliyatın xərclərini “Grossman Burn” Vəqfi qarşılayıb və eyni zamanda sözügedən vəqf qıza “Enduring Heart” (Dözülməz ürək) mükafatı verib. Ayşə mükafatını Kaliforniya qubernatoru Arnold Şvartsenegerin həyat yoldaşı Maria Şriyerdən alıb.
Oxuma və yazma bilməyən qiz bir müddət əvvəl dünyanın ən nüfuzlu jurnalı olan “Time” jurnalının üz səhifəsində şəklini görəndə “bunun başqa qadınlara bir faydasının toxunub toxunmadığını bilmirəm, mənim tək istədiyim burnumu geri qazanmaqdır” deyib.
Qeyd edək ki, Ayşə ölkəsində kişilərlə danışdığı ücün ailəsi onu evləndirmək istəyib.
“Time” jurnalı ABŞ qoşunlarının Əfqanıstandan cıxacağı təqdirdə Talibanın nələr edə biləcəyini göstərmək ücün Ayşədən istifadə etməkdə günahlandırılır.
Modern.az