Modern.az

Əli Əhmədov: “Müxalifətin seçkidə iştirakı demokratik seçkilər üçün vacib göstəricidir”

Əli Əhmədov: “Müxalifətin seçkidə iştirakı demokratik seçkilər üçün vacib göstəricidir”

Təhsil

13 Oktyabr 2010, 17:49

Azərbaycanda ədalətli və demokratik seçkilərin keçirilməsinin vacib göstəricilərindən biri Azərbaycanda mövcüd olan çoxsaylı partiyaların parlament seçkilərində iştrak etmək istəyi və bu istəyə uyğun olaraq seçki kampaniyalarına qatılmaları olub.
Modern.az-ın məlumatına görə, bu barədə Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında partiyanın icraçı katibi Əli Əhmədov keçirdiyi mətbuat konfransında  bildirib.

Onun sözlərinə görə, YAP seçki kampaniyasının birinci mərhələsini uğurla başa vurub. YAP-ın irəli surduyu namizədlərdən 112-si  bütün prosedur qaydalarını qanuna uyğun şəkildə keçərək deputatlığa namizəd kimi qeydə alınıb. 

Seçki Məcəlləsinin müəyyənləşdirdiyi tələblərə uyğun olaraq 61 dairədən çox namizədliyini qeydə aldırdığına görə YAP parlament seçkisində partiya qismində iştrak etmək hüququ qazanıb. Bu namizədlərin 48 nəfəri bu gün deputat mandatı daşıyır.

Öz təşəbbüsü ilə deputatlığa namizədliyini irəli sürən hakim Yeni Azərbaycan Partiyasının 3 üzvü isə təşkilatdan xaric olunub. İcra katibi bildirib ki, fərdi qaydada deputatlığa namizədliyin irəli sürən YAP-çıların böyük bir hissəsi geri çəkilib: “Biz onlara təklif etmişik ki, özlərini şanslı hesab edirlərsə, partiyadan istefa verib namizəd olsunlar. Qalib gəlsələr, onları birinci biz təbrik edərik. Lakin fərdi qaydada namizədliyin irəli sürülməsini pisləyirik. Çünki bu, partiya etikasına uyğun deyil, hər bir YAP üzvü partiyanın rəsmi qaydada irəli sürdüyü namizədin qalib gəlməsinə çalışmalıdır”.

Əli Əhmədov bildirib ki, namizədliyini geri götürməkdən imtina edən YAP-çıların sayı 9 nəfərə yaxındır və artıq onlardan 3-ü YAP-dan xaric olunub. YAP icra katibi partiyanın 31 saylı Suraxanı seçki dairəsindən kimi dəstəkləyəcəyinə dair qərar vermədiyini də xatırladıb: “Həmin dairədən YAP-ın bir neçə üzvünün namizədliyi qeydiyyata alınıb. Hazırda bu dairədən üzvlərimizdən hansının şansının daha çox olduğuna dair araşdırmalarımız davam edir”.

İcra katibi həmçinin bildirib ki, başqa partiyalar İctimai Televiziya və Radioda pulsuz təbliğat-təşviqat aparmaq hüququ qazanmasa, Yeni Azərbaycan Partiyası efir vaxtından imtina edəcək.

7 noyabr seçkisində iştirak edən siyasi partiya və blok minimum 61 namizədi qeydə alındıqda İctimai Televiziya və Radioda, eləcə də dövlət nəşrlərində pulsuz təbliğat-təşviqat aparmaq hüququ əldə edə bilər.

Mail Ağaxanov

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə