Amerikanın hakimiyyət orqanları “Medicare” – ahıllara tibb yardımı federal proqramı sisteminin tarixində ən iri dələduzluq sxemini ifşa ediblər. Manhettendəki cənub dairəsi üzrə federal prokurorluq keçmiş SSRİ vətəndaşlarından ibarət olan cinayətkar qruplaşmanın 44 üzvünə qarşı ittiham irəli sürüb. Təəccüblü deyil ki, onların hamısı erməni əsilli amerikalılardır.
“Mirzoyan-Tercanyan təşkilatı” gizli adı altında fəaliyyət göstərən qruplaşma üzvləri ABŞ–ın 25 ştatında 108 saxta tibb klinikası təşkil ediblər. Ermənilər göstərilməyən tibb xidmətinə görə ödəniş üçün saxta hesablar təqdim ediblər. Federal prokuror Prit Bharar bu barədə məlumat verib.
İrəli sürülən ittihamlarla əlaqədar bütün ölkə üzrə Nyu-Yorkdan tutu Los-Ancelesədək şübhəli şəxs qismində 41 adam həbs edilib. Onlar mütəşəkkil cinayətkar şəbəkənin yaradılması və idarə olunmasında təqsirli bilinirlər. Dələduzlar Birləşmiş Ştatlar miqyasında fəaliyyət göstərib və Ermənistanla sıx əlaqələr saxlayıb.