Modern.az

MSK siyasi partiyaların emblemini istəyir

MSK siyasi partiyaların emblemini istəyir

Təhsil

14 Oktyabr 2010, 11:40

Mərkəzi Seçki Komissiyası seçki bülleteninin hazırlanması ilə bağlı elan verib. MSK bildirir ki, Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə seçki bülleteni hazırlanarkən Azərbaycan Respublikası Seçki Məcəlləsinin 54-cü maddə­sinə uyğun irəli sürülərək qeydə alınmış deputatlığa namizədlər barədə digər məlumatlarla yanaşı, həmin namizədlərin mənsub olduğu siyasi partiyanın emblemi də göstərilməlidir.

Seçkilərdə iştirak edən siyasi partiyalar və siyasi partiyaların bloklarından irəli sürdükləri qeydə alınmış deputatlığa namizədlərin mənsub olduğu siyasi partiyaların emblemlərinin iki gün ərzində Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiya­sına göndərilməsini təmin etmələri xahiş olunur.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə