Modern.az

Prezident Mingəçevirdə bir sıra obyektlərin açılışına qatılıb

Prezident Mingəçevirdə bir sıra obyektlərin açılışına qatılıb

Təhsil

14 Oktyabr 2010, 14:18

Oktyabrın 14-də Mingəçevirə səfər edən Prezident İlham Əliyev burada bir sıra obyektlərin açılışına qatılıb. İlham Əliyev “Kür” Olimpiya Tədris-İdman Mərkəzinin açılış mərasimində iştirak edib. Mərasim iştirakçıları dövlət başçısı və xanımı Mehriban Əliyevanı hərarətlə qarşılayıb. (AzərTAc)
Prezident İlham Əliyev rəmzi açılışı bildirən lenti kəsib, mərkəzdə yaradılmış şəraitlə tanış olub.
Gənclər və idman naziri Azad Rəhimov dövlət başçısına məlumat verib ki, nazirliyin sifarişi əsasında tikilən mərkəzdə Avropada, o cümlədən MDB məkanında bənzəri olmayan avarçəkmə bazası yaradılıb.
Prezident İlham Əliyev 2004-cü ildə Mingəçevirə səfəri zamanı keçmiş “Kür” avarçəkmə bazasında da olub, onun ən müasir şəkildə yenidən qurulması ilə bağlı tapşırıqlar verib. Bazanın layihə-smeta sənədləri hazırlandıqdan sonra, 2007-ci ildə tikinti işlərinə başlanılıb.
Layihəyə əsasən kompleksə inzibati bina, üzgüçülük hovuzu, gəmini xatırladan altımərtəbəli 250 yerlik mehmanxana, idman salonu, avarçəkmə klubu, kotteclər, tennis kortu, qayıqların saxlanması üçün anqar daxildir. Bazanın ərazisində abadlıq işləri aparılıb və istirahət guşələri yaradılıb. Bazadan istifadə etmək barədə xarici ölkələrdən müraciətlər daxil olur. Artıq üç ildir ki, bazanın yardımçı hissəsində avarçəkmə üzrə “Prezident kuboku” beynəlxalq reqatası keçirilir.
Prezident İlham Əliyev hovuza, idman zalına, anqara, hakimlər qülləsinə, mehmanxanaya baxdı, motorlu qayıqda Kür çayının bu hissəsini gəzdi.
Sonra dövlət başçısı idmançılar və şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

İlham Əliyev Yeni Azərbaycan Partiyası (YAP) Mingəçevir şəhər təşkilatının yeni inzibati binasının açılışında iştirak edib.
Dövlət başçısı açılışı bildirən lenti kəsib və bina ilə yaxından tanış olub.
Məlumat verilib ki, ikimərtəbəli binanın ümumi sahəsi 400 kvadratmetrə yaxındır. Binada Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkənin ictimai-siyasi həyatında, o cümlədən YAP-ın fəaliyyəti ilə bağlı gördükləri işləri əks etdirən fotoguşələr yaradılıb. Yüz kvadratmetr sahəsi olan iclas zalında 80 nəfərlik müasir oturacaqlar quraşdırılıb. İkinci mərtəbədə Heydər Əliyevin kəlamlarını əks etdirən guşə yaradılıb. İş otaqları da bu mərtəbədədir. Bütün otaqlar lazımi avadanlıq və kompyuterlə təchiz olunub.
Binanın qarşısındakı geniş sahədə yaşıllıq zolağı salınıb, fəvvarə quraşdırılıb.
Prezident İlham Əliyev görülən işlərdən razı qaldığını bildirib.

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə