Pezident Vulffun Rusiyaya səfəri daha cox qalmaqalla yadda qalıb. Belə ki, Rusiyada səfərdə olan Almaniyanın prezidenti Vulffa təqdim edilən salatdan soxulcan cıxıb. Hadisə Rusiyanın şərqində yerləşən Tver bölgəsinin qubernatoru Dmitri Selenin Vulffa təqdim ediyi soxulcanlı salatın “Twitter”də şəkillərinin yayılması ilə məlum.
Rusiyada isə qubernatora sərt reaksiya verilib.
Hətta onun işdən qovulması da istənilib. Rusiyanın xarici siyasət məsləhətcisi Sergey Priçotko RİA agentliyinə veridiyi müsahibədə qubernator vəzifəsinin lazımsız olduğunu, onu qanun cərcivəsində ləğv edilməsini, qubernatorların isə vəzifədən uzaqlaşdırılmasını istəyib.
Qubernator D.Selen isə hadisəyə bir qədər fərqli yanaşıb. Belə ki, o, “şəkili yaymaqda əsas məqsədim əslində salatın nə qadər təzə olduğunu göstərmək idi” deyib.
Qeyd edək ki, Almaniya prezidentinin Rusiyaya səfəri sabah başa çatacaq.