Azərbaycan Milli Məclisinə noyabrın 7-də keçiriləcək parlament seçkiləri ilə əlaqədar Dairə Seçki Komissiyalarında deputatlığa namizədlərin qeydə alınma prosesi dünən başa çatıb.
Modern.az-ın məlumatına görə, bu gündən deputatlığa namizədlər təbliğat-təşviqat kampaniyasına start veriblər.
MSK-nın mətbuat xidmətindən bildirilib ki, kampaniya seçki gününə 24 saat qalmış - noyabrın 6-da saat 08.00-da dayandırılacaq.
Dünənə olan məlumata görə, 125 seçki dairəsi üzrə 695 nəfərin namizədliyi qeydə alınıb.
324 nəfərin namizədliyinin qeydə alınmasından imtina edilib.
Modern.az