Modern.az

Putinin prezidentliyi dövründə 19 jurnalist qətlə yetirilib

Putinin prezidentliyi dövründə 19 jurnalist qətlə yetirilib

Təhsil

15 Oktyabr 2010, 15:35

Nyu-Yorkta yerləşən Jurnalistlərin Müdafiə Komisiyası növbəti məlumat yayıb. Moderin.az-ın xarici mətbuata istinadən verdiyi xabərə görə, məlumatda  hazırda Rusiyanın baş naziri olan Vladimir Putinin prezidentliyi dövründə Rusiyada 19 jurnalistin  qətlə yetirildiyi göstərilir.

Müstəqil nəzarətci qrupu rus tətqiqatçı jurnalistlər- Andrey Soldatov və İrina Boraqan tərəfindən yazılmış “Yeni alicənablıq” adlı kitabın təqdimatını kecirib. Kitabda V.Putinin prezidentliyi dövründə təhlükəsizlik xidmətlərinin gücləndirilməsindən  və bu xidmətlərdən  azad mətbuata qarşı istifadə edilməsindən danışılır.
A.Soldatovun sözlərinə görə, rus rəsmiləri jurnalistləri susdurmaq ücün həbs və təqiblərdən istifadə edir. Soldatov eyni zamanda onu da qeyd edib ki, Putin rusiyada ilk liderdir ki, onun qüvvəsinin əsasını təhlükəsizlik xidməti təşkil edir.

1991-ci ildə Sovet höküməti dağılandan sonra FSB siyasi islahatlardan qorxaraq jurnalistlərə nisbətən azadlıq vermişdi. Lakin bu təşəbbüs uzun sürmədi. Müəliflər eyni zamanda  Rusiyanın azad nəşrlərindən olan “Noveya Qazeta”nın bir necə müxbir üzvünün öldürülməsini diqqətə catdırıblar. Dörd il əvvəl Maskvada güllələnmiş Anna Politkovskaya da onların sırasına daxildir.


Modern.az

 



Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə