Modern.az

Azay Quliyevin seçki qərargahı məlumat yaydı

Azay Quliyevin seçki qərargahı məlumat yaydı

Təhsil

15 Oktyabr 2010, 21:23

Bu gün 46 saylı Şirvan seçki dairəsindən Milli Məclisə deputatlığa namizəd Azay Quliyev Şirvan şəhər Mərkəzi Mədəniyyət Evində seçki qərargahının üzvləri, vəkilləri, namizədliyini dəstəkləyən könüllü və fəallarla görüşüb.  

Namizədin Seşki Qərargahından verilən məlumata görə, mədəniyyət evinin böyük zalında keçən görüşü Azay Quliyevin seçki qərargahının rəhbəri Əli Mirzəyev açib. Seçki qanununa uyğun olaraq, oktyabrın 15-dən etibarən təbliğat, təşviqat kampaniyasına start verildiyini bildirib.  

Zala toplaşmış 300-dən artıq seçici fəal tərəfindən böyük hərarətlə qarşılanan Azay Quliyev ötən beş illik deputat fəaliyyəti barədə danışaraq, qeyd edib ki, o bu illər ərzində Şirvan və şirvanlıları Milli Məclisdə layiqincə təmsil etmək üçün var qüvvəsilə çalışıb: “Bu illər ərzində Şirvan şəhərinin və şirvanlıların problemlərinin həlli üçün bir deputatın edə biləcəyi nə vardısa, hamısını eləməyə çalışdım. Əlbəttə, mən deyə bilmərəm ki, problemlərinizin və qaldırdığınız məsələlərin hamısını müsbət həll edə bildim. Amma onu deyə bilərəm ki, bu 5 ildə  nə etdimsə vicdanla, məsuliyyətlə, görədövlətimə və xalqıma  xüsusi sevgi ilə etdim”.    

Bu seçkilərdə namizədliyini bir daha Şirvan şəhərindən irəli sürməkdə məqsədini açıqlayan Azay Quliyev deyib ki, burada yalnız bir məqsəd ola bilər: o da Şirvanı daha abadlaşdırılmaq, şirvanlı seçicilərin maddi və mənəvi rifahı naminə başlanmış böyük işlərin uğurla yekunlaşmasına nail olmaq, həmçinin ölkəmizin qlobal maraqlarını beynəlxalq təşkilatlarda müdafiəsinə davam etməkdir.  

Şirvanlı seçiciləri 7 noyabr seçkilərində fəallığa səsləyən A.Quliyev bildirib ki, Şirvanda həm təbliğat kampaniyasını, həm də seçkilər günü bilavasitə səsverməni və bununla bağlı digər prosedurları müşahidə etmək üçün ATƏT-in, Avropa Komissiyasının və Avropa Şurasının müvafiq qurumlarının əməkdaşları dəvət ediləcək. Seçkilərin demokratik, azad və şəffaf keçiriləcəyinə əminlik ifadə edən A.Quliyev şirvanlıların ədalətli seçim edəcəyinə inandığını bildirib.  

Daha sonra A.Quliyev vəkillərini təqdim edərək, təbliğat kampaniyası zamanı görüləcək işlər haqqında danışdı və seçicilərlə görüşlərin yeri və vaxtı haqqında məlumat verib.  

Tədbirdə deputatlığa namizədin vəkilləri Yaqub Salmanov, Səyyar Əzizov, Ələsgər Ağabəyov, eləcə də təbliğat kampaniyasına könüllü qoşulmuş fəallar Pəri Mustafayeva, Hacışahkərəm Şeydayev, Zərifə Məmmədova və başqaları çıxış edərək öz ürək sözlərini söyləyiblər.
Ötən deputatlıq fəaliyyətində Azay Quliyevin bütün Şirvan seçicilərinin etimadını doğrultduğunu, Şirvan və şirvanlılar üçün çox işlər gördüyünü qeyd edən seçici fəallar bütün Şirvan sakinlərini yenidən ona səs verəcəyinə inam ifadə ediblər. 

 

       

46 saylı Şirvan seçki dairəsindən Milli Məclisə deputatlığa namizəd Azay Quliyev seçki qərargahı  

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə