Modern.az

Təbii fəlakətlər ikiqat artacaq

Təbii fəlakətlər ikiqat artacaq

Təhsil

16 Oktyabr 2010, 12:34

Min ilin ən soyuq qış aylarının yaşanması haqqında  proqnoz verən rus alimləri bu günlərdə daha bir şok acıqlama ilə çıxış ediblər. Modern.az saytının məlumatına görə, Dünya Vəhşi Həyat Fondunun (WWF) Rusiya təmsilcisi Aleksey Kokorin gələcək 10-15 il ərzində  dünyada baş verən təbii fəlakətlərin sayının iki dəfə artacağı barədə xəbər yayıb.

A.Kokorinin sözlərinə görə, iqlim dəyişiklikləri meteoroloji fəlakətlərin həm həcminə, həm də sayının artmasına səbəb olacaq.
”Təbi fəlakətlərin ikiqat artması ilə bağlı narahatlıqlar var. Xüsusilə sahilyanı yaşayış məntəqələrini daha cox təhlükə gözləyir” - deyə o, bildirib.

Cənub-Şərqi Asiyada milyonlarla insanın zəlzələ, sunami, sel daşqınları və başqa fəlakətlərlə qarşılaşdığını xatırladan mütəxəssis ildən-ilə  fəlakətdən əziyyət cəkən insan sayının artacağını bildirib.

Meksika körfəzindən Atlantik okeanın şimalına qədər uzanan Qolfstim isti sel axınının sürətinin son bir necə ildə yarıya qədər azaldığını deyən rus və polyak elm adamları eyni zamanda axının tamamilə  dayacağı halda Avropada yeni buz dövrünün başlayacağını da bildiriblər.

Türkiyəli mütəxəssislər isə rus və Polşa alimlərinin fikirlərinə etiraz ediblər. Türk alimləri hesab edirlər ki, rus və polyaq alimlərinin belə acıqlama verməsinə səbəb qış aylarında təbii qaz satışını və qiymətlərini artırmaq istəmələri ilə bağlıdır.

Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə