Modern.az

"Seçki günü üçün yaddaş” kitabı çıxıb

"Seçki günü üçün yaddaş” kitabı çıxıb

Təhsil

16 Oktyabr 2010, 14:12

Mərkəzi Seçki Komissiyası (MSK) 2010-cu il noyabrın 7-nə təyin edilmiş Milli Məclisə seçkilərlə bağlı məntəqə seçki komissiyalarının üzvləri üçün “Seçki günü üçün yaddaş” kitabçası hazırlayaraq aşağı seçki komissiyalarına çatdırılmasını təmin edib.
MSK-nın mətbuat xidmətindən verilən məlumata görə, yaddaş kitabçasının girişində Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun məntəqə seçki komissiyalarının üzvlərinə ünvanladığı müraciəti yer alıb. Müraciətdə MSK-nın sədri məntəqə seçki komissiyalarının üzvlərinə vəzifələrini xatırladır və seçkilərin azad, şəffaf və ədalətli keçirilməsinin təmin edilməsində uğurlar arzulayır.
“Seçki günü üçün yaddaş” kitabçasında məntəqə seçki komissiyaları üzvlərinin rol və vəzifələri, səsvermə günü həyata keçirilməli olan seçki hərəkətləri barədə ətraflı məlumatlar əksini tapıb. Yaddaş kitabçası Seçki Məcəlləsinin və MSK-nın təsdiq etdiyi normativ xarakterli aktlar əsasında hazırlanıb.
“Seçki günü üçün yaddaş” Mərkəzi Seçki Komissiyasının maarifləndirmə proqramının tərkib hissəsidir.  

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə