Modern.az

İrəvanın eks-meri: “...təkcə bu il Ermənistanı 70 min erməni birdəfəlik tərk edib”

İrəvanın eks-meri: “...təkcə bu il Ermənistanı 70 min erməni birdəfəlik tərk edib”

Təhsil

16 Oktyabr 2010, 16:23

Müxaifətçi Erməni Ümummilli Hərəkatının İrəvanda keçirdiyi mitinqdə çıxış edən paytaxtın keçmiş meri Vaan Xaçatryan Sərkisyan rejimini sərt tənqid edib və hakimiyyəti Ermənistanı boşaltmaqda günahlandırıb.
Modern.az “Armeny Tudey”-ə istinadən xəbər verir ki, Vaan Xaçatryanın sözlərinə görə, yaranmış vəziyyətlə bağlı insanlar Ermənistanı tərk edirlər.
Eks –mer qeyd edib ki,  2010-cu il sentyabrın 1-ə kimi olan məlumata görə, Ermənistanı 70 min adam birdəfəlik tərk edib.

Sərkisyan rejiminin xalqı qarət etməkdə ittiham edən Xaçatryan bildirib ki, 2008-ci ildən başlayaraq ölkədə 1 milyon adam dilənçiyə çevrilib.
“Hakimiyyət heç bir vədini yerinə yetirməyib”-deyə o qəzəblə söyləyib.

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə