Mərkəzi Seçki Komissiyası bu günə qədər qeydə alınan namizədlərin sayını açıqlayıb. Modern.az-a MSK-nın mətbuat mərkəzindən verilən məlumata görə, seçki kampaniyası başladıqdan sonra 1412 nəfər DSK-lardan imza vərəqələri götürüb. Onlardan 297 nəfəri imza vərəqələrini qaytarmayıb. Namizədliyi təsdiq edilmiş 1115 nəfər imza vərəqələrini doldurub vaxtında qaytarıblar.
71 nəfər deputatlığa namizəd olmaq istəyənlər sonradan fikirlərini dəyişərək namizədlikdən imtina edib. DSK-nın qeydə almayıb sənədlərindən imtina etdiyi şəxslərin sayı isə 331 nəfər olub. Bunlardan 50 nəfəri qadındır.
DSK-lar 712 nəfər deputatlığa namizədi qeydə alıb. Bunlardan 96 nəfəri qadındır. Qeydə alındıqdan sonra 4 nəfəri qadın olmaqla 27 nəfər deputatlğa namizəd geri çəkilib.
Hazırda Milli Məclisə seçkilərdə iştirak etmək istəyən 685 nəfər deputatlığa namizəd kimi qeydə alınıb.
Modern.az