Modern.az

TÜRKPA-nın baş katibi Dünya Türk Forumuna gedir

TÜRKPA-nın baş katibi Dünya Türk Forumuna gedir

Təhsil

18 Oktyabr 2010, 12:17

Türk Asiya Strateji Araşdırmalar mərkəzinin (TASAN) təşkilatçılığı ilə 20-23 oktyabr 2010 tarixində Dünya Türk Forumu keçiriləcək. Forumda 60 ölkədən Türk diasporlarının nümayəndələri, millət vəkilləri, beynəlxalq təşkilatların nümayəndələri iştirak edəcək. Forumun işində iştirak etmək məqsədi ilə TÜRKPA-nın baş katibi Ramil Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti İstanbula yola düşüb.

Forumun açılış mərasimində  Türkiyə respublikasının Baş naziri Rəcəb Tayyip Ərdoğanın,Türk Dövlətləri Əməkdaşlıq Şurasının Baş katibi səfir Halil Akıncının, Türkiyə Prezident Administrasiyasının baş katibi Mustafa İsenin iştirakı və çıxışları nəzərdə tutulur. Həmçinin TÜRKPA baş katibi Ramil Həsənovda forumun açılışında çıxış edəcək.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə