Modern.az

Kişilər qadınlara nisbətən daha tez xəstələnirlər

Kişilər qadınlara nisbətən daha tez xəstələnirlər

18 Oktyabr 2010, 18:23

Kişilər daha cox həssasdır. Modern.az saytının xarici mətbuata istinadla verdiyi xəbərə görə, Alman Səhiyyə Sigortası (DKV) kişilər və qadınlar arasında araşdırma aparıb. Araşdırma zamanı məlum olub ki, kişilər qadınlara nisbətən daha tez xəstələnir.
Qadınlar daha az spirt və siqaret qəbul edir, sağlam bəslənməyə kişilərə nisbətən daha cox önəm verirlər. Və nəticədə daha  az xəstəlnirlər.

Kişilərdə 45 yaşından etibarən bədəndə yağ yığılması halları artır. Nəticədə  kişilərdə infakt xəstəliyi qadınlara nisbətən 3 dəfə cox olur. DKV nümayəndələri kişilərin siqaret və spirtli ickilərdən daha cox  istifadə etmələrini, stress və az hərəkətdə olmalarının  da  tez xəstələnmələrində önəmli faktor olduğunu bildiriblər.

Sorğu zamanı o da məlum olub ki, qadınlar sağlamlıqları ücün daha cox pul xərcləyirlər.

Sorğu anonim şəkildə  400 min respondent arasında aparılıb. Kecən il də eyni sorğu “Nə qədər sağlam yaşayırıq” adı altında kecirilib. Nəticələr isə demək olar ki, eyni olub.

Modern.az

 

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir