Modern.az

Fəzail Ağamalı yeni görüşlər keçirib ®

Fəzail Ağamalı yeni görüşlər keçirib ®

Təhsil

19 Oktyabr 2010, 11:23

Milli Məclisə seçkilərdə 60 saylı Salyan-Neftçala seçki dairəsindən namizəd Fəzail Ağamalının seçicilərlə görüşü intensiv xarakter daşımaqdadır. O, oktyabrın 17-də Salyan rayonunun Xələc, Qarabağlı, oktyabrın 18-də Kərimbəyli kəndlərində seçicilərlə görüşlər keçirib. Görüşlər canlı və maraqlı atmosferdə keçmiş, seçicilər region üçün səciyyəvi olan qazlaşma,kəndlərarası yolların bərpası,yeni məktəb binalarının tikintisi kimi problemlərin həllinin vacibliyini önə çəkmişlər.

Fəzail Ağamalı seçicilərin coxsaylı suallarına aydınlıq gətirmiş, ölkə prezidenti İlham Əliyevin 2011-2013-cü illərdə regionların sosial-iqtisadi inkişafının detalları üzərində dayanmış, növbəti illərdə ölkə, o çümlədən Salyan və Neftçala rayonlarının qazlaşdırılmasının, məktəblərin və digər sosial obyektlərin tikintisinin tam başa çatırılacağını seçicilərin diqqətinə çatdırmış, ötən beş ildə millət vəkili kimi dövlətçiliyimizin gücləndirilməsi, milli maraqlarımızın ən müxtəlif səviyyədə qorunması, Salyan və Neftçala kəndlərinin sosial və məişət problemlərinin həllilə bağlı gördüyü işlər haqqında ətraflı məlumat vermişdir.

Görüşdə çıxış edən seçicilər Fəzail Ağamalının fəaliyyətindən razılıqlarını və qarşıdan gələn parlament seçkilərində ona səs verəcəklərini ifadə etmişlər.Görüşlər davam edir.






Fəzail Ağamalının seçki qərargahı  

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə