Modern.az

Klinton və Lavrov telefonda Qarabağı müzakirə ediblər...

Klinton və Lavrov telefonda Qarabağı müzakirə ediblər...

Təhsil

19 Oktyabr 2010, 11:33

Bu gün Rusiya tərəfinin təşəbbüsü ilə bu ölkənin xarici işlər naziri Sergey Lavrovla ABŞ dövlət katibi Hillari Klinton arasında telefon danışığı olub. Modern.az XİN rəsmi saytına istinadən bildirir ki, tərəflər beynəlxalq və ikitərfli münasibətlərə dair bir sıra məsələlər barədə danışıblar. 
Xarici siyasət rəhbərləri apardıqları müzakirə zamanı ABŞ və Rusiyanın bir sıra regional münaqişələrin həllində vasitəçilik təşəbbüsülərinin perspektivlərini  də müzakirə ediblər. Lavrov və Klinrton bu çərçivədə Cənubi Qafqazda olan münaqişələrin, o cümlədən Dağlıq Qarabağ məsələsinin həlli üçün hər iki ölkənin səylərini birgə fəallaşdırılmasını vacibliyinə toxunublar.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə