Qardaş ölkənin Böyük Türkiyə Partiyası erməni-türk dostluq qrupu yaradıb. Bu barədə partiyanın rəhbəri Tuna Baklavaçı bildirib. Modern.az türk mətbuatına istinadən bildirir ki, 500 nəfərlik dostluq qrupu gənc erməni və türklərdən ibarətdir. Bu dostluq qrupu erməni-türk münasibətlərinin normalaşşmasına töhfələrini verməyi düşünür. Partiyanın xarici əlaqlərər üzrə müavini Baybars Örsək “Armeny Tuday”a bildirib ki, partiyanın nümayəndələri İrəvana gəliblər. Burada QHT nümayəndləri ilə görüşüblər.
“İyun ayında İstanbulda seminar keçirdik. İndi də İrəvanda görüş nəzərdə tutulur. Erməni –Türk münasibətlərinin normalaşşamasını, iki ölkə arasında sərhədlərin açılmasını istəyənlər üçün Facebookda www.facebook.com/opentheborder səhifəsi açılıb”- deyə Örsək bildirib.