Oktyabrın 19-u səhər Çeçenistan parlamentinə hücum olub, 3 nəfər ölüb, xeyli adam yaralanıb. Kamikadze Qroznıda terrora cəhd edib, bəzi məlumatlara görə, parlament sədrinin otağı yaxınlığında özünü partladıb. «RİA Novosti» agentliyi xəbər verir ki, parlament spikeri xəsarət almayıb və binadan evakuasiya edilib.
Bəzi KİV-lər parlament binasında atışma olduğunu xəbər veriblər.
Hazırda hadisə yerinə təhlükəsizlik xidməti, xüsusi təyinatlı milis dəstələri cəlıb edilib.
Çeçenistan rəhbəri Ramzan Kadırovun da ərazidə olduğu bildirilir. Rusiya mətbuatının məlumatına görə, o, terrorçuların zərəsizləşdirilməsi əməliyyatına şəxsən rəhbərlik edir.
Artıq terrorçuların zərərsizləşdirildiyi bildirilir.