Modern.az

Seçkiləri müşahidə edən MDB missiyası: “...Azərbaycanda sakitçilikdi”

Seçkiləri müşahidə edən MDB missiyası:  “...Azərbaycanda sakitçilikdi”

Təhsil

19 Oktyabr 2010, 16:29

MDB missiyası Azərbaycanda seçkiqabağı sakit vəziyyət müşahidə edir. Bu barədə MDB-nin icraçı katibi, İcraiyyə Komitəsi sədrinin birinci müavini Vladimir Qarkun məlumat verib.
"Bakıda bir gün olmaqla, seçkiqabağı vəziyyət barədə danışmaq hələ tezdir, lakin biz sakit işgüzar şərait hiss edirik. Və bu bizim mətbuatda oxuduqlarımızı təsdiqləyir", - Qarkun bildirib.
Onun sözlərinə görə, MDB-nin müşahidə missiyası ilə Azərbaycana 4 nəfər gəlib. Bu, qərargah və uzunmüddətli müşahidəçilərdir. Bu həftə MDB missiyası seçkiqabağı vəziyyətin qiymətləndirilməsi haqqında rəsmi məlumat yayacaq.

"Seçkiqabağı vəziyyətin monitorinqini biz təkcə Bakıda deyil, onun hüdudlarından kənarda da aparacağıq. Artıq bu həftə digər regionlara getməyi planlaşdırırıq", - o deyib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə