19 oktyabr 2010-cu il tarixdə 37 saylı Nizami Birinci (Gəncə) seçki dairəsindən Milli Məclis deputatlığına namizəd Aydın Abbasov bir qrup müharibə və əmək veteranı ilə görüş keçirdi. Gəncə şəhər müharibə və əmək veteranları və Ağsaqqalar Şuralarının təşübbüsü ilə A. Abbasovun seçki qərargahında yer alan görüşü həmin Şuraların sədri Yusif Məmmədov açdı. O, ilk olaraq A. Abbasova veteranlar adından onlara daima qayğı göstərdiyi üçün dərin minnətdarlığını bildirdi. Qeyd edildi ki, 5 il bundan qabaq olduğu kimi, 7 noyabrda da veteranların bir layiqli namizədi var, o da A. Abbasovdur. Görüşdə çıxış edən veteranlar ölkəmizdə gedən quruculuq işlərindən, yaşlı insanlara olan qayğıdan, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin ölkənin inkişafı naminə fədakər əməyindən, millət vəkili, Heydər Əliyev Fondunun prezidenti, ölkənin birinci xanımı Mehriban Əliyevanın milli dəyərlərimizin qorunmasında misilsiz əməyindən, ən böyük ağrımiz olan Dağlıq Qarabağ problemindən danışdılar.
Öz çıxışında deputatlığa namizəd A. Abbasov veteranlara dərin minnətdarlığını bildirdi, daima onların dəstəyini hiss etdiyini qeyd etdi. Vurğulandı ki, yaşlı nəslin gənclərin vətənpərlik ruhda tərbiyyəsində, ölkənin ictimai həyatında fəal iştirak etməsində olan rolu əvəzsizdir. Aydın Abbasov dedi ki, beş il bundan öncə olduğu kimi, o, bu gün də veteranlara arxalanır və ona verilən səlahiyyətlərdən istifadə edərək daima onların yanında olacaq.
Deputatlığa namizədin seçki qərargahı