Modern.az

"Səbailin problemlərini küçə-küçə, ev-ev öyrənmişəm"

"Səbailin problemlərini küçə-küçə, ev-ev öyrənmişəm"

Təhsil

19 Oktyabr 2010, 17:57

29 saylı seçki dairəsindən deputatlığa namizəd olan Fuad Muradovun təbliğat-təşviqat kompaniyası davam edir.  Bu vaxta qədər seçicilərlə 10-a yaxın görüş keçirən Fuad Muradov bu gün Səbail rayonunun Xanlar 4, 6, 7, 8 və Qurban Abbasov 10 küçələrinin sakinləri ilə görüşdü. Seçicilərin alqışları və «Bir daha Muradov Fuad» şüarları ilə qarşılanan deputatlığa namizəd rayon sakinləri ilə salamlaşdı. Seçiciləri qarşısında çıxış edən Fuad Muradov bildirdi ki, ötən 5 il ərzində ona göstərilən etimadı doğrultmağa çalışıb.
«Milli Məclisdə hər zaman seçicilərimin problemlərini qaldırmışam. Bundan başqa gücüm çatan qədər sizlərə dəstək olmuşam. Əlbəttə siz bunu özünüz bilirsiniz».
Səbail rayonunda işlədiyi müddətdə 2500-dən çox seçicini qəbul etdiyini deyən millət vəkili onunla görüşmək üçün seçicilərin hansısa maneələrlə üzləşmədiyini qeyd edib.
«Hər həftənin üçüncü günü mən seçiciləri qəbul edirəm. Bundan başqa qərargaha gəlib mənimlə görüşə bilərsiniz».

 Seçki platformasını təqdim edən F. Muradov bildirdi ki, hələ görüləcək çox işlərimiz var. Bu beş ildə Səbailin problemlərini küçə-küçə, ev-ev öyrənmişəm. Bayılın və 20-ci sahənin  kanalizasiya, su, yolların asfalt örtüyü kimi problemlərinin, Badamdarın uzun müddətdir həll olunmamış qalan su probleminin və sadalamadığım daha neçə-neçə problemlərin həlli bizi gözləyir.

«Aşağı və orta gəlirə malik insanların mənzil problemlərinin həlli üçün sosial ipoteka kreditlərinin alınması üçün qoyulan  şərtlərin daha da yumşaldılması, küçə və məhəllədaxili ərazilərin abadlaşdırılması üçün büdcədən ayırmaların artırılması, xüsusi ehtiyacı olan insanlara, əsasən də Qarabağ və Böyük Vətən Müharibəsi əlillərinə və iştirakçılarına müavinətlərin əhəmiyyətli dərəcədə artırılması məsələləri bizim platformamızda öz əksini tapıb. Növbəti 5 ildə çalışacağam ki, bu məsələlərin həlli istiqamətində fəaliyyətimi davam etdirim».

Seçicilərlə söhbət zamanı onlar Fuad Muradovu növbəti 5 ildə bir daha deputat   görmək istədiklərini bildirdilər. Bir fikir daha çox vurğulandı ki, Fuad Muradov gənc olmasına baxmayaraq bir çox ondan yaşca böyük olan həmkarlarından dəfələrlə çox iş görüb və görməkdə davam edir. Millət vəkili kimi Səbail rayonunun sakinləri Fuad müəllimin onlar üçün əlindən gələn bütün köməkliyi əsirgəmədiyini, və seçimlərində həqiqətən də yanılmadıqlarını gördülər.  

 

 

 

 


Seçki qərargahı  

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə