Müdafiə naziri general-polkovnik Səfər Əbiyev MDB Müdafiə Nazirləri Şurasının oktyabrın 20-də keçiriləcək növbəti iclasında iştirak etmək üçün Krıma yola düşüb. Modern.az Rusiya Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, bu iclasda MDB Müdafiə nazirliklərinin əməkdaşlıqları ilə bağlı 21 məsələ müzakirə ediləcək. Hərbi nazirliklər arasında əməkdaşlığın genişləndirilməsi üçün xüsusi qərarlar qəbul ediləcəyi gözlənilir. Nazirlər həmçinin 2011-ci ilin iş planı nəzərdən keçiriləcəklər.
Qeyd edək ki, Ermənistan müdafiə naziri Seyran Ohanyan da bu gün Krıma yola düşüb