Milli Məclisin deputatı Qənirə Paşayeva oktyabrın 20-dən 22-dək Türkiyə Cümhuriyyətində səfərdə olacaq. Milli Məclisin mətbuat xidmətindən verilən məlumata görə, deputat İstanbulda Türk Asiya Strateji Araşdırmalar Mərkəzi və Mardin Valiliyinin təşkilatçılığı ilə keçirilən I Dünya Türk Forumunda iştirak edəcək.
Türkiyə, Orta Asiya və Azərbaycan diasporlarının təmsilçilərinin qatıldığı toplantıda deputatımız müzakirə olunan məsələlərə münasibət bildirəcək, tədbir iştirakçılarına Ermənistanın Azərbaycana qarşı yürütdüyü işğalçılıq siyasəti, Xocalı soyqırımı barədə ətraflı məlumat verəcək.