KEÇDİYİ YOL
TƏHSİLİ
Bakı şəhəri, Nəsimi rayonunda yerləşən 164 saylı orta məktəbi və Azərbaycan Tibb İnstitutunu bitirib.
1980-1992-ci illər – Moskvada Seçenov adına Tibb Akademiyasında Nevrologiya və davranış psoxofiziologiyası ixtisasına yiyələnib. Tibb elmləri doktorudur.
İŞLƏDİYİ YERLƏR
1992 - ci ildən – Psixogen nevroloji və psixosomatik xəstəliklər Mərkəzinin direktoru (Bakı, Azərbaycan);
1993 - cü ildən Azərbaycan Respublikası Prezidentinin informasiya – analitik xidmətinin rəhbəri (Bakı, Azərbaycan);
1993 - cü ildən – Azərbaycan Respublikası Prezident Aparatının Beynəlxalq Əlaqələr şöbəsinin müdiri və Ermənistanla münaqişənin nizamlanması üzrə Prezidentin xüsusi nümayəndəsi;
1994 - cü ildən – Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin beynəlxalq məsələlər üzrə müavini;
1998 – ci ildən – Azərbaycan Avro-Atlantik Mərkəzinin yaradıcısı və rəhbəri;
2000 – ci ildən – Milli Məclisin deputatı, parlamentin Beynəlxalq Əlaqələr Komitəsinin üzvü;
2001 – ci ilin yanvar ayından – Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA-nın) Yaxın Şərq alt komitəsinin sədri, Siyasi və Monitorinq Komitələrinin üzvü, AŞ PA-nın Belorus üzrə məruzəçisi;
4 iyul 2005 – ci ildə Demokratik İslahatlar Partiyasının təsis qurultayında sədr seçilib;
19 iyul 2008 –ci ildə Demokratik İslahatlar Partiyasının ikinci qurultayında yenidən sədr seçilib.
****
SEÇKİ PLATFORMASI
«Demokratiya» blokunun platforması
Azadlıq, məsuliyyət, tolerantlıq, sosial ədalət və bərabər imkanlar – bizim seçki platformamız bu əsas insani dəyərlərdən qaynaqlanır. Bu prinsiplərin həyata keçməsi güclü vətəndaş cəmiyyətinin, demokratik hakimiyyətin, azad bazarın və beynəlxalq əməkdaşlığın əsaslarını yaradır.
Biz inanırıq ki, qanunun aliliyi, tam və keyfiyyətli təhsilə yiyələnmək üçün ədalətli şərait, söz, toplantı və informasiya almaq azadlığı, qadınlar və kişilər üçün bərabər hüquq və imkanlar, tolerantlıq və dözümlülük, sahibkarlığa və əməyin tətbiqinə azad imkanların verilməsi fərdin azadlığını şərtləndirən amillərdir.
Biz azad insanların elə bir vətəndaş cəmiyyətini qurmaq istəyirik ki, burada hər bir kəs hüquqlarına təminat verən qanunlar çərçivəsində yaşasın. Elə bir dövlət istəyirik ki, səlahiyyətləri demokratiya qaydalarına tabe olub, demokratiya normaları ilə məhdudlaşsın.
Biz azad, ədalətli, şəffaf və ən nəhayət geriyə dönüşü olmayan demokratik bir parlamentin qurulmasını arzulayırıq. Belə bir parlamenti təşkil etməyi bacaracağımız təqdirdə seçicilərimizin onlara aşağıda istinad etdiyimiz prinsiplər əsasında xidmət göstərəcəyimizə inanmalarını istəyirik:
İqtisadiyyat sahəsində əsas prioritetlərimiz bunlardır:
«Vətəndaşların aldığı məvaciblər, təqaüdlər, müavinətlər artan qiymətlərə adekvat olmalıdır və onların şərəfli həyatını təmin etməlidir»
Asim Mollazadə 22 saylı Nəsimi 2-ci seçki dairəsinin seçiciləri ilə görüşdə belə deyib
Demokratik İslahatlar Partiyasının sədri, «Demokratiya» bloku tərəfindən namizədliyi 22 saylı Nəsimi ikinci seçki dairəsindən irəli sürülmüş Asim Mollazadə oktyabrın 18-də «Dostluq» kinoteatrında, 19-da isə “Bakı tikiş sənayesi” ATSC-nin həyətində seçicilərlə görüşüb.Görüşdə millət vəkili seçkiöncəsi vəziyyət, ölkəmizin inkişaf strategiyası, qarşıda duran vəzifələr, parlamentin fəaliyyəti barədə seçicilərlə fikirlərini bölüşüb. O qeyd edib ki, hər bir millət vəkilinin borcu, seçicilərin problemləri ilə maraqlanmaq, onları dinləmək və mövqelərini parlamentdə müdafiə etməkdən ibarətdir.
“Biz ölkənin neft gəlirlərinin gənclərin inkişafına, təhsil səviyyəsinin artırılmasına, müxtəlif sahələr üzrə peşəkar mütəxəssislərin hazırlanmasına yönəldilməsini istəyirik. Dövlət büdcəsində ən çox vəsait hərbiyə və təhsilə ayrılıb. Səbəb isə bu iki sahənin inkişafının ölkəmiz üçün son dərəcə önəmli olmasıdır. Savadlı kadrlar, bütün sahələr üzrə peşəkarlar olmasa, biz fəxr edəcəyimiz bir ölkəni qura bilməyəcəyik. Azərbaycanlı gənclərin sürətlə inkişaf edən dünyada rəqabətə davamlı olması üçün bütün imkanları səfərbər etməliyi” - deyən millət vəkili, hazırda müəllimlərin, həkimlərin maaşlarının onların şərəfli həyatını təmin etmək gücündə olmadığını bildirib. A.Mollazadə həmçinin deyib ki, istər təhsilin, istərsə də fiziki sağlamlığın ağır yükü təkcə vətəndaşların üzərinə düşməməlidir. Dövlət bu sahələrdə vauçer və tibbi sığorta sisteminə keçidi sürətləndirməlidir.
“Vətəndaşların aldığı məvaciblər, təqaüdlər, müavinətlər artan qiymətlərə adekvat olmalıdır və onların şərəfli həyatını təmin etməlidir” - deyən millət vəkili, ölkədəki müharibə əlilləri, veteranlar və şəhid ailələrinin problemlərinə də diqqət çəkib.
Asim Mollazadə Qarabağ problemi ətrafında yaranmış son vəziyyətə toxunaraq deyib: “Biz problemin sülh yolu ilə həllini istəyirik. Amma təkcə sülhü istəmək yetərli deyil. Buna nail olmaq üçün həm beynəlxalq dəstəyi qazanmalıyıq, həm də ölkənin iqtisadi, hərbi qüdrətini artırmalıyıq. Torpaqlarımızın işğal altında olduğunu, qaçqın və məcburi köçkünlərin ağır şərtlər altında yaşadıqlarını bütün dünyaya qəbul etdirməliyik. Bu məsələ ilə bağlı qəbul olunmuş qətnamələrin icrasına nail olmalıyıq. Əgər biz bütün sahələrdə ermənilərdən üstün olduğumuza dünyanı inandıra bilməsək, Ermənistanın sülhə məcbur edilməsinə nail ola bilməyəcəyik”.
Asim Mollazadə seçicilərin problemlərini və təkliflərini dinləyib, onları maraqlandıran sualları cavablandırıb. Seçicilər ötən beş ildə Asim Mollazadənin fəaliyyətindən razı qaldıqlarını, 7 noyabrda da məmnuniyyətlə ona səs verəcəklərini bildiriblər.
Seçki qərargahı