“Bağbanlar qəsəbəsi Gəncənin ən qədim ərazilərindən biridir. İşqüzar, səmimi, mərd və fədakaq insanlar yaşayır burada. Və mənə bu insanlar doğma və əzizdir”, - Aydın Abbasovun seçicilərə yönəlmiş bu sözləri Böyük Bağbanlar qəsəbəsində xüsusi məhlələrin birində keçirdiyi növbəti möhtəşəm görüşün leytmotivi oldu.
Deputatlığa namizədlə görüşə yüzlərlə adam gəlmişdi. Onların üzlərindəki təbəssüm və xoşbəxtlik bu görüşün onların doğma olan bir adamı görmək üçün gəldiklərinin əyani sübutu idi. Görüşdə iştirak edənlərin bir fikri yekdil idi, Aydın Abbasov son beş ildə həqiqətən millət vəkili olub, və məhz hər bir adamın, fəhlədən tutmuş ziyalıya gədər, hamının həqiqi vəkili olmuşdur.
Digər ümumi bir rəy səsləndi ki, çoxsaylı vədlərdən uzaq olan Aydın Abbasov gənc olmağına baxmayaraq sözün əsl mənasında daima sadə insanların yanında olmuş və seçicilərinin doğmasına çevrilərək onların qayğılarını özünkü kimi qəbul etmiş, çox fədakar işlərə imza atmışdır. Sakinlərdən birinin sözləri ilə desək, Aydın Abbasovun qapıları hər birimizin üzünə həmişə açıq olub, və biz hamılıqla bir daha ona səs verəcəyik ki, o, öz səmərəli işini davam etdirsin.
Səslənən ümumi fikirlərləndən biri də bu oldu ki, Aydın Abbasova səs verəndə, Gəncəlilər dövlətçiliyimizə, müstəqilliyimizə, Ulu Öndər Heydər Əliyev siyasətinə, onun layiqli davamçısı Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin ardıcıllıqla apardığı yenidənqurma işlərinə, Dağlıq Qarabağın işğalçı qüvvələrdən azad olmasına səs verəcəklər.
|
|
|