Modern.az

Ağsaqqallar deputatlığa namizədə nə deyib?

Ağsaqqallar deputatlığa namizədə nə deyib?

Təhsil

20 Oktyabr 2010, 17:55

60 saylı Salyan-Neftçala seçki dairəsindən deputatlığa namizəd Fəzail Ağamalı oktyabrın 19-da seçicilərlə görüşləri davam etdirmişdir. Salyan rayonunun Yolüstü və Yeni Uluxanlı kəndlərindəki görüşü seçicilərin yüksək fəallığı ilə müşahidə olunmuşdur. Ana Vətən Partiyasının səlahiyyətli nümayəndəsi Şahin Zərbəliyevin təqdimatından sonra kənd sakinləri Fəzail Ağamalının ötən 5 il ərzindəki fəaliyyətini müsbət qiymətləndirmiş, onun regionun problemləri ilə bağlı ayrı-ayrı dövlət qurumları qarşısında qaldırdığı sosial problemlərin həllinin reallaşdığını, bununla bərabər hər iki kəndin qazlaşmasının və kəndlərarası yollarının bərpasının vacibliyini önə çəkmişlər. Fəzail Ağamalı xoş sözlərinə görə seçicilərinə öz minnətdarlığını bildirmiş, 5 illik deputat fəaliyyətinin ayrı-ayrı məqamları üzərində dayanmış, rayonun bütün sosial problemlərinin həllinin 2011-2013-cü illərdə ölkə prezidenti, cənab İlham Əliyevin imzaladığı Dövlət Proqramında ehtiva olunduğunu və həmin problemlərin həllində hər hansı bir çətinliyin ortada olmadığının seçicilərin diqqətinə çatdırmışdır.

Seçicilər adından çıxış edən kənd ağsaqqalları qarşıdan gələn parlament seçkilərində Fəzail Ağamalıya səs verəcəklərini bir daha bəyan etmişlər.





Fəzail Ağamalının seçki qərargahı

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə