Oktyabrın 20-də Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı Azərbaycanda keçiriləcək parlament seçkilərini müşahidə etmək məqsədi ilə ölkəmizə gələn Pol Villinin rəhbərliyi altında AŞPA-nın nümayəndə heyəti ilə görüşü keçirilib. Görüşdə Fəzail Ağamalı partiya və ölkədəki seçki durumu ilə bağlı nümayəndə heyətinə ətraflı məlumat verib, onların çoxsaylı suallarını cavablandırıb.
Ana Vətən Partiyasının mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, nümayəndə heyətinin üzvləri missiyalarının ayrı-ayrı məqamları üzərində dayanıb, görüşdən razı qaldıqlarını bildiriblər.