Modern.az

Lujkovu əvəz edən yeni mer “Moskva moskvalılar üçündür” deyir..

Lujkovu əvəz edən yeni mer  “Moskva moskvalılar üçündür” deyir..

Təhsil

21 Oktyabr 2010, 12:18

Moskvada yerləşən iş yerləri ilk olaraq moskvalılara verilməlidir. Bu barədə prezident Medvedyevin Moskva meri vəzifəsinə namizəd kimi təqdim etdiyi Sergey Sobyanin şəhərdə fəaliyyət göstərən həmkarlar ittifaqlarının nümayəndələri ilə görüşdə deyib. Modern.az məlumatı “Exo Moskvı” radiosuna istinadən xəbər verir. Sobyanin vurğulayıb ki, şəhər rəhbərliyinin yeni siyasəti yüksək texnologiyaların, yüksək əmək haqlarının tətbiq olunduğu iş yerlərinin yaradılmasına hesablanmalıdır.

Bu bəyanat əslində şəhrdə çoxluq təşkil edən MDB ölkələrindən gələn miqrantlarla bağlı narahatçılıqdan doğduğuna şübhə etmək olmaz. Lujkovdan sonra azərbaycanlı iş adamları və orada yaşayan soydaşlarımız Moskvada “gəlmələrlə” bağlı problemlərin olacağını təxmin edirdilər.

Əvvəlki mer Lujkov Moskvada fəaliyyət göstərən miqrantların qeyri rəsmi “hamisi” hesab edilirdi. Onun istefaya göndərilməsindən sonra bir sıra müşahidəçilər deyirdilər ki, Rusiya hakimiyyəti Moskvanın nəzarətdən çıxması və şəhrədə miqrantlaın həddən artıq olmasından narazıdır. Odur ki, sərt miqrant siyasətinə tərəfdarı yeni merin bu açıqlamaları birmənalı qarşılanmayıb. Görünür Sobyaninlə bağlı şübhələrin əsası var imiş...

Modern.az  

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə