Amerikanın Azərbaycanlı icması ABŞ-ın ictimai televiziyası olan PBS-ə etiraz məktubu göndərib. Məktubda oktyabrın 24-də telekanalda yayımlanması nəzərdə tutulmuş “müharibədə və sülh şəraitində yaşamış insanın hekayəti” filmini efirə verməməyə çağırıb.
Qeyd edək ki, erməni rejissoru Vardan Ovanisyanann çəkdiyi bu filmdə Qarabağ müharibəsi ilə bağlı faktlar təhrif olunub və hadisələrə birtərəfli münasibət əks olunub. Ovanisyan özü bir il Azərbaycanda həbsxanada yatıb.
Modern.az-ın məlumatına görə, Azərbaycan icması hesab edir ki, sənədli filmdə tarix ciddi şəklidə təhrif edilib. Bu isə telekanalın tamaşaşılarında Qarabağ məsələsi ilə bağlı yanlış təsəvvür yaradacaq.
PBS sənədli filmi oktyabrın 24-də yayınlamağı planlaşdırır.
Modern.az