Bu gün Moskva şəhər Duması yekdilliklə Sergey Sobyanini şəhərin yeni meri vəzifəsinə təsdiq edib. Modern.az “Exo Moskva” radiosuna istinadən bildirdir ki, bu günkü iclasda yeni meri Kreml adından prezident Administrasiyasının rəhbəri Sergey Narışkin təqdim edib.
Sobyanin əvvəlcə çıxış edib, sonra deputatların suallarını cavablandırıb. Yeni mer moskvalıların sosial müdafiəsi sisteminin saxlayacağını vəd edib. O. Həmçinin Moskvada aparılan tikinti “bum”unu tənqid edib və dəyişikliklərin vacib olduğunu deyib. Mer yerli məmurlara ürək-dirək verərək bildirib ki, kütləvi təmizləmə” olmayacaq. Sobyanin rəsmi olaraq bu gün Moskva vaxtı ilə saat 16.00-da mer vəzifəsinin icrasına başlayacaq.
Saat 18.0-da keçiriləcək inaqurasiya mərasimində prezident Dimitri Medvedev iştirak edəcək. Vladimir Putinin adı dəvət olunanlar siyahısında olmayıb.
İstefaya göndərilimiş Yuri Lujkov isə Sobyanin üçün bu əziz gündə yenidən “Vahid Rusiya” partiyasını tənqid atəşinə tutb. Bununla yanaşı eks-mer bidirib ki, hər hansı posta iddialı deyil.