Ermənistanın paytaxtı İrəvan şəhərində ictimai ayaqyolu yoxdur. Bu barədə “Armenia Tudey” xəbər yayıb. Qəzetin məlumatına görə, 500 min adamın yaşadığı İrəvanda “padşahın piyada yolu”nun olmaması biabırçılıqdı.
Şəhər rəhbərliyinə ironiya ilə müraciət edən qəzet qeyd edib ki, hələ 2000 il əvvəl Romada ictimai ayaqyolu olub. Aamma özünü “beş min illik qədim xalq” elan edən ermənilərin paytaxtında insanlar təbii ehtiyaclarını ödəmək üçün qaranlıq künc-bucaq axtarırlar.
Qəzet yazır ki, hər dəfə paytaxtda keçirilən kütləvi tədbirlərdən sonra yaşıllıqlar, ağaclar və digər yerlər ictimai “boşaltma məntəqələrinə” çevrilir.