Modern.az

Ermənilər şokda: İrəvanda Qarabağı Azərbaycan ərazisi kimi göstərən kitab populyardır...

Ermənilər şokda: İrəvanda Qarabağı Azərbaycan ərazisi kimi göstərən kitab populyardır...

Təhsil

21 Oktyabr 2010, 18:36

Ermənistanın kitab dükanlarında böyük müvəfəqqiyətlə satılan “Coğrafiyaya dair böyük Ensiklopediya”da Dağlıq Qarabağ ərazisi “Azərbaycanın tarixi əraziləri” kimi göstərilib. Bu “səhvi” aşkar edən “Ankax” qəzetinin baş redaktoru Vardui İşxanyan bu gün keçirdiyi mətbuat konfransında xəbəri elan edib. Ermənilər bundan şoka düşdüklərini bildiriblər.

Rusiyada nəşr olunan və kitab dükanlarında satılan bu Ensiklopediyada göstərilir ki, Ermənistanın əsas dövlət dili erməni və Azərbaycan dildir. Bundan başqa erməniləri şoka salan digər məlumat isə dinlə bağlıdır. Kitabda deyilir ki, Ermənistanda əsas din provoslav (erməni Apostol kilsəsi) və İslamdır (şiə). 

Bununla bağlı ermənilər başılovlu Ensiklopediyanın çap olunduğu redaksiyaya müraciət edərək bu informasiyaların “düzəldilməsinə” çağırıblar. Redaksiya heç bir mövqe bildirməyib. İşxanyan və Qasparyan əhalini buna reaksiya verməyə çağırıblar.

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə