Modern.az

Qulamhüseyn Əlibəylinin vəkilləri təqib edilir

Qulamhüseyn Əlibəylinin vəkilləri təqib edilir

Təhsil

22 Oktyabr 2010, 19:42

69 saylı Cəlilibad – Masallı – Biləsuvar seçki dairəsi üzrə “Qarabag” Seçki Blokunun  vahid namizədi, Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəylinin vəkilləri təşviqat kampaniyasında icra hakimiyyətinin təqibləri ilə üzləşib. Bu barədə Modern.az-a namizədin seçki qərargahından məlumat verilib.

Seçki qərargahının məlumatında deyilir ki, Cəlilabad rayon təhsil şöbəsinin müdiri Ədalət Əsgərov Qulamhüseyn Əlibəylinin vəkili Akif Qəribovu yanına çagıraraq ondan Q.Əlibəylinin xeyrinə təbliğat aparmaqdan əl çəkməyi tələb edib, əks halda işdən çıxaracagı ilə hədələyib.

“69 sayl dairədə Qulamhüseyn Əlibəylinin vəkilləri mütəmadi olaraq təqiblərlə üzləşir. İmza toplama mərhələsində Q. Əlibəylinin seçki qərargahının üzvlərini Cəlilabad rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov şəxsən özü hədələmişdi. Bütün bunlar göstərir ki, bütün bu təqiblər bir mərkəzdən – rayon icra hakimiyyətindən idarə edilir”-deyə məlumatda qeyd olunur.

Aydınlar Partiyası Cəlilabad rayon İcra Hakimiyyətindən bu özbaşınalığa və qanunsuzluga son qoymaga, Seçki Məcəlləsinə və ölkə qanunvericiliyinə əməl etməyə, icra strukturlarını seçkiyə müdaxilədən çəkinməyə çağırır.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə