Modern.az

Rusiya Suriyada ilk itkisini verdi: Üç könllüsü həlak oldu

Rusiya Suriyada ilk itkisini verdi: Üç könllüsü həlak oldu

20 Oktyabr 2015, 21:08

 

Suriyada prezident Bəşər Əsədin ordusunun tərəfində döyüşən ən azı üç rusiyalı Latakia əyalətinin bombalanması nəticəsində ölüb, bir neçə nəfər də yaralanıb.Modern.az bildirir ki, bu haqda “Reuters” agentliyi Suriyadakı yüksək vəzifəli məmura istinadən məlumat yayıb. Onun məlumatına görə, bu, oktyabrın 19-da axşam saatlarında baş verib.

Rusiyalıların öldürülməsini Londondakı Suriyada insan haqları üzrə monitorinq mərkəzi də təsdiqləyib. Mərkəzin direktoru Rami Abdurahman güman edir ki, ölənlər Rusiya ordusunun hərbçiləri yox, könüllülər olublar.

Əgər Rusiya faktı təsdiqləyərsə, bu ölkənin Suriyada hərbi əməliyyatlara başlamasından sonra ilk hadisə olacaq.

“Reuters” Suriyadakı rəsmilərdən bununla bağlı açıqlama ala bilməyib. Rusiyanın Müdafiə Nazirliyində də agentliyin bu məlumatla bağlı sorğusuna cavab verilməyib. Hakimiyyətə yaxın mənbə isə bildirib ki, 20-yə yaxın rusiyalı insident baş verən zaman Nabi Yunis rayonunda olub. Mənbənin sözlərinə görə, ehtimal edilir ki, artilleriya mərmisini yaraqlılar atıblar.

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi