Modern.az

Bəşər Əsəd gizlicə Moskvaya gəlib

Bəşər Əsəd gizlicə Moskvaya gəlib

Dünya

21 Oktyabr 2015, 12:03

Oktyabrın 20-də axşam saatlarında Suriya prezidenti Bəşər Əsəd Moskvaya işgüzar səfərə gəlib. Modern.az saytı Rusiya mediasına istinadən bildirir ki, onun prezident Vladimir Putinlə əvvəlcə kiçik heyətlə, sonradan geniş danışıqları olub. Putinin mətbuat katibi Dmitri Peskov bu gün jurnalistlərə Bəşər Əsədin Moskvaya səfərə gəldiyini təsdiqləyib.  

Onun sözlərinə görə, danışıqlar uğurlu olub: “Ekstremist terrorçu qruplaşmalarla mübarizə və digər vacib məsələlər müzakirə edilib”.

Peskov qeyd edib ki, Rusiya liderinə suriyalı həmkarı Suriyadakı işlərin gedişi, eləcə də perspektiv planları barədə ətraflı məlumat verib.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi