İsveçrənin nüfuzlu “Creduit Suisse” bankı Avropanın ən varlı və kasıb ölkələrinin reytinqini tərtib edib.
Modern.az bankın rəsmi saytına istinadən xəbər verir ki, əsas meyar olaraq vətəndaşların bütün real gəlirləri götürülüb.
“Creduit Suisse”nin məlumatına görə, Avropanın ən kasıb sakinləri Ukraynada yaşayır.
Burada orta statistik ukraynalının gəlirləri 1437 dollar təşkil edir. “Antireytinq”in 2-ci pilləsində Belarus (1551 dollar), 3-cü pilləsində isə Moldova (3104 dollar) yer alıb.
Avropanın ən firavan ölkəsi isə İsveçrədir. Bu ölkədə hər bir vətəndaşın 576 min dollarlıq maliyyə vəsaiti var. Modern.az Avropanın ən varlı və kasıb ölkələrini təqdim edir.
1. İsveçrə - 576 min dollar
2. İslandiya – 351 min dollar
3. Norveç – 321 min dollar
4. Böyük Britaniya – 320 min dollar
5. Lüksemburq – 304 min dollar
6. Fransa – 262 min dollar
7. Belçika – 259 min dollar
8. Danimarka – 252 min dollar
9. İtaliya – 204 min dollar
10. İrlandiya – 195 min dollar
14. Almaniya – 177 min dollar
16. Finlandiya – 150 min dollar
18. İspaniya – 112 min dollar
24. Türkiyə - 17 min dollar
27. Rusiya – 12 min dollar
38. Moldova – 3104 dollar
39. Belarus – 1551 dollar
40. Ukrayna – 1437 dollar
Vüqar İsmayılov