Modern.az

Şeyx Ufaya getdi

Şeyx Ufaya getdi

21 Oktyabr 2015, 13:44


Qafqaz Müsəlmanları İdarəsinin (QMI) sədri Şeyxülislam Allahşükür Paşazadə oktyabrın 21-də Rusiya Federasiyası Başqırdıstan Respublikasının paytaxtı Ufa şəhərinə səfərə gedib

QMİ-nin Mətbuat Xidmətindən Modern.az-a bildirilib ki, səfər Rusiya Mərkəzi Ruhani İdarəsinin sədri Baş Müfti Talqat Tacuddinin dəvəti ilə həyata keçirilir.

QMİ sədri Ufa şəhərində 22-23 okryabr tarixlərində keçiriləcək XXI əsr təhsil müstəvisində İslamın idealları və dəyərləri mövzusunda VIII Beynəlxalq elmi-praktik Konfransda iştirak edəcəkdir. MDB Dinlərarası Şurasının həmsədri Şeyxülislam A.Paşazadə tədbirdə məruzə ilə çıxış edəcəkdir. Tədbir çərçivəsində QMİ sədrinin bir sıra görüşlər keçirəcəyi nəzərdə tutulur.


Modern.az

Sizə yeni x var
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...