Modern.az

Fillipində 2 çinli diplomat qətlə yetirilib

Fillipində 2 çinli diplomat qətlə yetirilib

Dünya

21 Oktyabr 2015, 16:15


Fillipinin Sebu şəhərindəki restoranlardan birində naməlum şəxs 2 çinli diplomatı odlu silahdan atəş açaraq qətlə yetirib.  

Modern.az xarici KİV-ə istinadla xəbər verir ki, insident zamanı Çinin Sebu şəhərindəki baş konsulunun müavini və əməkdaşı yerindəcə keçiniblər.  

Fillipin polisi faktla bağlı Çin vətəndaşı olan 2 qadını həbs edib.

Onlardan biri konsul əməkdaşının xanımı, digəri isə diplomatik nümayəndəliyin işçisidir.   Çin və Fillipin diplomatların öldürülməsi ilə bağlı geniş araşdrımaya başlayıblar.    

Vüqar İsmayılov 

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır