Modern.az

Sahil və Ümid qəsəbələrində “Məktəblərdə Biznesin Tədrisi Proqramı”na başlayırlar

 Sahil və Ümid qəsəbələrində “Məktəblərdə Biznesin Tədrisi Proqramı”na başlayırlar

5 Noyabr 2010, 20:55

Qaradağ Sement ASC və Junior Achievement Azərbaycan təşkilatı, Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə strateji əməkdaşlıq çərçivəsində, Bakının Sahil və Ümid qəsəbələrində “Məktəblərdə Biznesin Tədrisi Proqramı”nın həyata keçirilməsinə başlayıblar. 
2010-cu ilin oktyabr ayından başlanan və 2011-ci ilin sentyabr ayınadək davam edəcək proqram  vasitəsilə 940 yuxarı sinif şagirdi iqtisadiyyat və biznes sahəsində tədris alaraq maariflənəcək, 6 müəllimə sahibkarlığın əsasları, maliyyə savadı və iqtisadiyyat fənninin tədrisi üzrə təlim keçiriləcək.  

Pilot proqramda Sahil qəsəbəsindən 253, 273, 228, 319 saylı orta məktəb və 14 №li internat məktəb, Ümid qəsəbəsindən 294 saylı məktəb iştirak edəcək. Proqramın gedişatında Junior Achievement Azərbaycan tərəfindən 6 müəllimə orta məktəblərdə “İqtisadiyyat” fənninin keçirilməsinə dair təlim keçiriləcək, məktəblərə 1000 ədəd “İqtisadiyyat” dərsliyi paylanılacaq və proqram iştirakçılarına yeni metodologiyanın istifadəsilə biznes yarışı və sahibkarlıq üzrə təlimlər təqdim ediləcək.  

“Məktəblərdə Biznesin Tədrisi Proqramı”nın təklif etdiyi təcrübi fəaliyyətlər və təlimlər vasitəsilə şagirdlər mikro-, makro- və beynəlxalq iqtisadiyyatın əsas prinsiplərini öyrənəcək, biznes ideyalarını gerçəkləşdirmək üçün məktəb-əsaslı şirkətlər yaradacaq, biznesin modelləşdirilməsi və idarəetməsi üzrə öz həmyaşıdları ilə yarışacaqlar.     

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir