Modern.az

Qaz çəkdirmək pulsuz olacaq - VİDEO

 Qaz çəkdirmək pulsuz olacaq  - VİDEO

İqtisadiyyat

7 Noyabr 2015, 20:16

 

Zaqatala royununun Mosul kəndində qaz açılışına qatılan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev önəmli açıqlama verib. Modern.az Region TV-yə istinadən xəbər verir ki, yanvar ayının birindən qaz çəkilişində bütün texniki şərtlər “ASAN Xidmət” vasitəsilə həyata keçiriləcək.

Rövnəq Abdullayevin sözlərinə görə, artıq evinə, təsərrüfatına qaz çəkdirmək istəyən şəxs lazımi sənədləri toplamaqla “ASAN Xidmət”ə müraciət edib çəkiliş üçün icazəni onlardan alacaq və bu proses pulsuz olaraq həyata keçiriləcək. Yeni atılan bu addım qaz çəkilişində yaranan problemlərin, qeyri-qanuni pul ödənişlərinin aradan qaldırılmasına hesablanıb.

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə