Arxiv
19 Oktyabr 2009, 12:24 | REPORTAJ
Neft buruqları arasındakı qaza həsrət kənd...

«Bərbad gündə, kölə kimi yaşayırıq. Kəndimizdə neft çıxır, amma biz qaz üzünə həsrətik. Qazın nə olduğunu kinolardan görmüşük.  Halbuki qulağımızın dibindən nefti çəkib qonşu rayonlara ötürürlər, hələ başqa ölkələrə də satırlar... Nə mədəniyyət göstəricisi sayılan yolumuz, nə də aydınlar yetişdirmək gücündə olan məktəbimiz var». Zeyvəyə rayonun alayarımçıq tikilmiş avtovağzalından yola düşdük. Kənd sakinlərinin «alabaş» adlandırdıqları avtobus mənzil başına çatanacan zeyvəlilərin təbirincə desək, böyrəyimizdəki «daş»ı da saldı.  Bu kənd turizm üçün ən yaxşı məkan ola bilər

Dağlar qoynunda yerləşən Əmbil gölünə gedib çatmaq üçün normal yol olmadığından,  kənd sakinləri orada nə vaxt olduqlarını xatırlamırlar. Amma biz yolumuzu Əmbil gölündən də saldıq. Hər tərəfdən ağacların əhatə etdiyi gölün suyu o qədər şəffaf idi ki, üzən balıqları açıq-aydın görmək olurdu. Sakinlərin dediyinə görə, göldə insanları özünə çəkən burulğan olduğundan orada çimmək olmaz. Amma zeyvəlilər indiyə kimi burada kiminsə boğulub-boğulmadığını xatırlaya bilmədilər.   Qazancı Rusiyadan və ağacdan çıxanlar

Yerli sakinlərin məşğuliyyətinə gəlincə, ailələrin təxminən üçdə bir hissəsinin çörəyi Rusiya bazarlarından çıxır. Bundan başqa, meşədən odun doğrayıb satmaqla da ailəsini dolandıranlar az deyil. Zeyvədən neft çıxdığından buruqlarda da az sayda kənd sakini çalışır. Burada sakinlərin əksəriyyətinin şəxsi təəsərrüfatı var. Amma kəndə turistlər gəlmədiyindən mal-qaradan əldə etdikləri süd məhsullarını ancaq özləri istifadə etməli olurlar. Bələdiyyə tərəfindən ayrılan pay torpaqlarında da əkdikləri tərəvəz özlərinə qismət olur. Meşədə alma, armud, əzgil, zoğal, alça, qoz, fındıq, böyürtkan  bol olsa da, söhbət etdiyimiz sakinlər deyirlər ki, yalnız qoz-fındığı şəhərdəki qohum-əqrəbaları vasitəsilə satıb qazanc əldə edə bilirlər. Bir də zoğaldan çəkib satdıqları araq qışda onların dadına yetir. Bundan başqa kənd sakinlərinin elə bir məşğuliyyəti yoxdur. Odur ki, Zeyvə cavanlarının çoxu işsizlikdən şikayətçidir.  Dedilər ki, maşın düzəldən zavod bağlanıb”  Kəndin ağsaqqalarının da giley-güzarını dinlədik. 10 uşaq böyüdüb ərsəyə gətirən 86 yaşlı İkinci Dünya müharibəsi iştirakçısı Hacıverdi Şıxəliyev indiyə kimi ona avtomobil verilməməsindən şikayətləndi: «5 il müharibədə iştirak etmişəm. Döyüşlərdə 4 dəfə yaralanmışam. Hətta axırıncı dəfə məni meyitxanaya aparıblar, ölüb, ölümlərdən qayıtmışam, nə qədər orden-medalım var. Amma nə fayda? 1982-ci ildən maşın növbəsində olsam da, indiyədək növbəm gəlib çatmayıb. Bundan ötəri Dəvəçi rayonunun «voyenkomatı»na da getmişəm, ötən il Bakıda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində də olmuşam. Nazirlikdən dedilər ki, maşın düzəldən zavod bağlanıb. Amma telekanallardan gündə birinə maşın verildiyini görürəm. Bu kənddə 14 nəfər İkinci Dünya müharibəsi əlili olub. Onların hamısı rəhmətə gedib, bircə mən qalmışam, yəqin mənim də ölümümü gözləyirlər…».  “Siyasətçi şəhid deməkdir?” Qeyd edək ki, zeyvəlilər ölkədə və dünyada baş verən yenilikləri yalnız televiziya vasitəsilə öyrənə bilirlər. Zeyvədə «dərmana qəzet axtarsan» kənd məktəbinə üz tutmalısan. Orda da «Xalq», «Azərbaycan Müəllimi», «Təhsil xəbərləri» kimi qəzetlərin ancaq köhnə nömrələrini tapmaq mümkündür. Söhbətləşdiyimiz gənclərin əkəsəriyyəti Azərbaycanda və dünyada baş verənlərdən xəbərsizdilər. Zeyvə gəncləri arasında maraqlı bir sorğu da apardıq. «Hansı siyasətçiləri tanıyırsınız?» sualı ilə müraciət etdiyimiz gənclər arasından yalnız bir neçəsi mərhum eks-prezident Heydər Əliyevin adını çəkə bildi. Sualımıza ən maraqlı cavabı isə 18 yaşlı Nərgiz verdi: «Siyasətçi nədir, şəhid deməkdir?».  Zeyvədə sevgi azaddır  Zeyvəni başqa ucqar kəndlərdən fərqləndirən bir neçə cəhət var ki, onlardan biri də burada qızları yetkinlik yaşına çatmamış məcburi ərə vermək kimi ənənənin olmamasıdır. Zeyvə qızları 19 yaşdan başlayaraq, hətta 23-25 yaşlarında belə ailə qururlar. Amma 25-i keçən qıza kənddə «yaşı ötmüş» kimi baxırlar. Öyrəndik ki, Zeyvədə belə bir ənənə də var ki, qızlar 15-16 yaşlarında könüllərini kimə verdilərsə, axıracan sevdiklərinin yolunu gözləyirlər. Valideynlər də çox vaxt gənclərin istəyinin qarşısında sədd çəkməyə çalışmırlar. Əks təqdirdə, sevgililər evliliyə qərar verib, bir-birinə qoşulub qaçırlar.

Mollasız kənd və zoğal arağı

Zeyvədə olduğumuz müddətdə kənd məscidinin qapısını qıfıllı gördük. Allahın evini ziyarət etmək istəyənlər məscidə nəzarət edən Bibican xaladan qapının açılmasını xahiş etməlidirlər. Biz də Bibican xalanın köməkliyi ilə məscidə daxil ola bildik. Divardan asılmış Türkiyə Diyanet İşləri Başkanlığının namaz vaxtını bildirən cədvəli də gözümüzdən yayınmadı. Məscidin türklərlə heç bir əlaqəsinin olmadığını deyən Bibican xala birldirdi ki, Ramazan ayında hər gün 5 dəfə azan verilirmiş, məscid də bütün günü açıq olurmuş. Amma indi məscidə gəlib-gedən olmadığından qapını bağlı saxlayırlar: «Bir də ki, heç mollamız da yoxdur ki, gündəlik burada otursun, namaz vaxtı azan versin. Bir nəfər cavan oğlan vardı, məsciddə uşaqlara dərs də verirdi. Polislər gündə gəlib onu bezdirdilər, axırda da qovdular».
Bibican xalanın sözlərinə görə, ümumiyyətlə, Zeyvədə Allaha ibadət edənlərin sayı çox deyil: «Sözdə hamı müsəlmandır. Amma tək-tük adam taparsan ki, namaz qılsın. Çox yaxşı olardı ki, məscidin qapısı həmişə açıq olsun, burada uşaqlara, gənclərə dini biliklər öyrədilsin. Belə olsaydı, kənd cavanları da içkiyə aludə olmazdı».
Yeri gəlmişkən, kənddə demək olar ki, hər evdə zoğaldan araq çəkildiyndən Zeyvə kişilərinin içki ilə arası pis deyil.

 

Lalə MUSAQIZI

 

 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Deputat seçiciləri ilə müzakirələr aparıb 18 Oktyabr 2019, 14:50 Bakı Ali Neft Məktəbində SPE-nin regional sammiti keçirilib   18 Oktyabr 2019, 14:42 Prezident “Dövlətqaçqınkom”un sədrini qəbula ÇAĞIRDI 18 Oktyabr 2019, 14:41 “Maşın” şounun qalibi məlum oldu - FOTO 18 Oktyabr 2019, 14:37 Uşaqlarda piylənmə - Metobolik sindrom 18 Oktyabr 2019, 14:24 Tanınmışlar Müstəqillik Günü təbrikləri aldılarmı? - “Heç kəs təbrik etməyib” 18 Oktyabr 2019, 14:18 Milli qəhrəmanları təhqir edənlər necə cəzalandırılmalıdır?.. 18 Oktyabr 2019, 14:05 Tramp türklərlə kürdləri dalaşqan uşaqlara BƏNZƏTDİ 18 Oktyabr 2019, 14:03 Paşinyan Təhlükəsizlik Şurasının təcili iclasını çağırdı - Qarabağa görə 18 Oktyabr 2019, 13:52 Azərbaycanın davamlı iqtisadi inkişaf modeli qələbələrimizin rəhnidir - Eks-nazir 18 Oktyabr 2019, 13:49 Oqtay Şirəliyev  vəzifədən gedir?... - Nazirlikdən AÇIQLAMA 18 Oktyabr 2019, 13:30 ““Barış pınarı” dayanmayıb, biz atəşkəs deyil, fasilə vermişik” - Çavuşoğlu 18 Oktyabr 2019, 13:28 Anar Cəbrayıllı: “Ciddi nəzarət olmasa, uşaqlar düzgün yolda addımlamaqda çətinlik çəkər” - MÜSAHİBƏ 18 Oktyabr 2019, 13:20 Sabahın HAVASI: Yağış yağacaq, külək əsəcək 18 Oktyabr 2019, 13:15 Türkiyə Suriyada əməliyyatları bərpa edib? - Rusiya mətbuatından İDDİA 18 Oktyabr 2019, 13:13 Kəlbəcərli şair: “Əminliklə deyirəm ki, ermənilər torpaqlarımızı atıb qaçacaq” - MÜSAHİBƏ 18 Oktyabr 2019, 13:11 Prezident Administrasiyasının məsul işçisi icra başçısı ilə bu kəndə getdi - SƏBƏB 18 Oktyabr 2019, 13:10 Türkiyə terrorçuların yalanlarını ifşa etdi - FOTOLAR 18 Oktyabr 2019, 12:43 Səhiyyə Nazirliyindən küçəyə atılmış birgünlük uşaqla bağlı AÇIQLAMA 18 Oktyabr 2019, 12:37 “Barış Pınarı”na qarşı çıxan erməni deputata azərbaycanlı həmkarından CAVAB 18 Oktyabr 2019, 12:29 Əli Həsənov yeni müxalifətdən YAZDI 18 Oktyabr 2019, 12:28 “Bəlkə gələcəkdə 3-cü erməni dövləti yaratmaq istəyəcəklər?” 18 Oktyabr 2019, 12:17 Masallıda 30-dan çox uşaq günərzi xidmətlərlə təmin edilib 18 Oktyabr 2019, 12:17 Zahid Oruc: “Prezidentin hədəfli mesajları masa üzərindəki açıq və qapalı informasiyalara dayanır” 18 Oktyabr 2019, 12:02 Quzunun qoç ola bilməməkliyi 18 Oktyabr 2019, 11:46 Qərbi Azərbaycan İcması BƏYANAT verdi: “Prezidentin bu çağırışına qoşuluruq!” 18 Oktyabr 2019, 11:25 Milli Məclis gələn həftə toplanır 18 Oktyabr 2019, 11:14 Sizin icra başçınız: Qazaxlılar Rəcəb Babaşovdan razıdırlar, narazı?.. 18 Oktyabr 2019, 11:12 Ermənilər Qarabağda top atışları həyata keçirdi - FOTOLAR 18 Oktyabr 2019, 11:01 Qaradağ və Xəzər rayonlarında qaz KƏSİLƏCƏK - SƏBƏB 18 Oktyabr 2019, 10:54 Əkrəm İmamoğludan Müstəqillik günü TƏBRİKİ - FOTO 18 Oktyabr 2019, 10:16 Nəsimidə dələduz saxlanılıb - FOTO 18 Oktyabr 2019, 10:10 Meral Akşənərdən Azərbaycanca təbrik - FOTO 18 Oktyabr 2019, 09:58 Bu ərazilərdə qaz kəsiləcək 18 Oktyabr 2019, 09:49 Ermənilər atəşkəsi 21 dəfə pozdu 18 Oktyabr 2019, 09:42