Modern.az

“Azəriqaz” qış rejiminə keçir

“Azəriqaz” qış rejiminə keçir

İqtisadiyyat

11 Noyabr 2015, 13:52

 

Noyabrın 15-dən “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti qazanxanaları işə salır. Qaza tələbat artdığından “Azəriqaz” İstehsalat Birliyi də verilən mavi yanacağın həcmini artıracaq.

Bu haqda Modern.az saytına məlumat verən qurumun mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev bildirib ki, qış rejiminə keçid şərti xarakter daşıyır:

“Çünki sərfiyyat tələbata uyğun olaraq müəyyən edilir. Növbəti mövsümdə hər hansı problem yaşanmaması üçün bütün zəruri tədbirlər həyata keçirilib”.

İbrahim Kərbalayev onu da qeyd edib ki, istənilən qazanxana zəruri sənədləri təqdim edərək “Azəriqaz”a müraciət etdiyi təqdirdə təbii qazın verilişi təmin olunacaq.

Gülşən RAUFQIZI

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə