Modern.az

Qüdrət Həsənquliyev də seçkilərə qiymət verdi

Qüdrət Həsənquliyev də seçkilərə qiymət verdi

Təhsil

8 Noyabr 2010, 12:40

Qüdrət Həsənquliyev: "Yaxşı cəhət o oldu ki, konstruktiv müxalifət parlamentdə öz yerlərini qoruyub saxlaya bildi"

"Biz daha öncə bəyan etmişdik ki, bu seçkidən böyük sürprizlər gözləməyə dəyməz və müxalifət parlament seçkilərində Milli Məclisdə təmsilçilik uğrunda mübarizə aparacaq".

Hoyabrın 7-də keçirilən parlament seçkilərinin ilkin nəticələrinə münasibət bildirən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyev açıqlamasında belə deyib.

BAXCP sədri bu seçkilərdə Azərbaycan vətəndaşlarının barışmaz və radikal, yaxud kostruktiv müxalifətə üstünlük verəcəyi ilə bağlı daha öncə səsləndirdiyi fikirləri bir daha xatırladıb: "Bu seçkilərdə Azərbaycan xalqının hansı müxalifət qüvvələrinə - radikal, yoxsa konstruktiv xətt tərəfdarlarına dəstək verəcəyi baxımından xüsusi önəm kəsb etdiyini bildirmişdik. Yaxşı cəhət o oldu ki, konstruktiv müxalifət parlamentdə öz yerlərini qoruyub saxlaya bildi. Pis olan isə odur ki, biz öz sıralarımızı genişləndirə bilmədik. Bütün hallarda xalqımız üçün xeyirli olsun".

Qeyd edək ki, BAXCP sədrinin deputatlığa namizədliyi "İslahat Bloku" tərəfindən 7 saylı Ordubad-Culfa seçki dairəsindən irəli sürülüb. İlkin nəticələrə görə Qüdrət Həsənquliyev 75 faiz səslə bütün rəqiblərini üstələyib.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə