Modern.az

İlham Əliyev bu gün 3 ayrı-ayrı yolun açılış lentini kəsib

İlham Əliyev bu gün 3 ayrı-ayrı yolun açılış lentini kəsib

Təhsil

8 Noyabr 2010, 13:35

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 8-də Bakı dairəvi avtomobil yolunun açılışında iştirak edib. (AzərTAc).
Mərasimdə nəqliyyat naziri Ziya Məmmədov Prezident İlham Əliyevə məlumat verib ki, Bakı dairəvi avtomobil yolunun tikintisi və yenidən qurulması Azərbaycan hökumətinin, Ərəb İqtisadi İnkişaf Küveyt Fondunun və Abu Dabi İnkişaf Fondunun ayırdığı vəsait hesabına həyata keçirilib. Bu layihənin reallaşdırılması şimal–cənub beynəlxalq nəqliyyat dəhlizini Böyük İpək Yolu ilə əlaqələndirəcək Bakı şəhərində tıxacların əhəmiyyətli dərəcədə azalmasına, paytaxtın ekoloji vəziyyətinin yaxşılaşmasına imkan verəcək. Bu yol gələcəkdə sayı sürətlə artacaq nəqliyyat vasitələrinin maneəsiz hərəkətini təmin edəcək.
Layihəni Nəqliyyat Nazirliyinin sifarişi ilə podratçı “Makyolcopri İnşaat ve Taahhüt A.Ş.” şirkəti, subpodratçı “Azərinşaat” MMC, tikintiyə texniki nəzarəti “Pan Arab Consulting Engineers” şirkəti həyata keçirib.
Layihə üç hissədən ibarətdir. Birinci və ikinci hissələr istismara hazırdır. Lökbatan dairəsindən Ələt–Astara yolunun 22-ci kilometrinədək olan üçüncü hissə isə cari ilin sonunda istifadəyə veriləcək.
Uzunluğu 21,5 kilometr olan birinci dərəcəli yolda 5 qovşaq və 8 yolötürücüsü var.

***
Prezident İlham Əliyev noyabrın 8-də Bakı-Ələt avtomobil yolunun yenidən tikilmiş 4-8-ci kilometrlik və yenidən qurulmuş 8-14-cü kilometrlik hissələrinin açılışında da iştirak edib.
İnşaatçılar və nəqliyyatçılar dövlət başçısını hərarətlə qarşıladılar.
Yolun tikilən birinci dərəcəli 5 zolaqlı hissəsinin uzunluğu 3,5 kilometrdir. Yolun yenidən qurulan 5,7 kilometrlik hissəsi isə 8 zolaqlıdır.
Bu yolun istifadəyə verilməsi respublikanın cənub, cənub-qərb, qərb, mərkəzi aran və şimal-qərb bölgələrindən, həmçinin Astara, Biləsuvar, Qazax və Balakən rayonlarında yerləşən sərhəd məntəqələrindən Bakıya gələn nəqliyyat vasitələrinin paytaxta giriş hissəsində maneəsiz birtərəfli hərəkətlə şəhərə daxil olmasına imkan verəcək.

***

İlham Əliyev noyabrın 8-də Bakı-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun 28-45-ci kilometrləri arasındakı hissəsinin əsaslı yenidənqurmadan sonra açılışına da qatılıb.  
Yenidən qurulan birinci dərəcəli, dördzolaqlı yolun uzunluğu 17 kilometrdir. Üzərində 11 ötürücü və qovşaq inşa edilmiş yolboyu ərazidə su və kommunikasiya xətləri tamamilə yenilənib. Bu yolun istifadəyə verilməsi ilə avtomobillər, əsasən də ağır yük maşınları Sumqayıt istehsalat sahəsi və Hacı Zeynalabdin Tağıyev qəsəbəsinə daxil olmadan Bakı-Rusiya Federasiyası dövlət sərhədi və əks istiqamətində sərbəst hərəkət edə biləcək.

Modern.az
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə